Hesab.az ASAN Məktubda uşaqların ehtiyaclarını qarşılayacaq!
(®) Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəkçisi kimi çıxış edir.
Hesab.az portalının reklam bölməsində, sosial kanallarında “ASAN Məktub” layihəsinə dəstək olmaq məqsədiylə paylaşımlar edilirdi. Layihəyə dəstəkdə yeni addım olaraq Hesab.az dəstəyini genişləndirir və öz istifadəçilərinə “ASAN Məktub” üçün yardım etmək şansı yaradır. Belə ki, Hesab.az- da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını “Dərhal dəyiş” bölməsində “ASAN Məktub” üçün dəyişə biləcəklər. Xərclədikləri bonuslar yığılaraq 50 000 000 olduğu zaman Hesab.az bu bonuslar qarşılığında 1000 AZN məbləğində “ASAN Məktub”da uşaqların ehtiyaclarını qarşılayacaq.
Siz də,layihəyə dəstək olaraq mümkün qədər daha çox uşağın arzularını reallaşdırılmasına yardımçı ola bilərsiniz. Bonuslarınızı xərcləyərək bu xoşməramlı addıma qoşulun və ən əsası da uşaqların üzündə yaranacaq sevincə, təbəssümə səbəb olun.
Hesab.az həmişə sosial məsuliyyətli layihələrə dəstək olaraq sağlam düşüncəli, humanist cəmiyyətin inkişafına töhfə vermiş olur.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























