Bank of Baku indiyədək 18 min 290 müştərinin kompensasiyasını ödəyib
(®) Müştərilərinə yaxın olan bank - Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmana əsasən, 22 aprel tarixindən etibarən start verdiyi kompensasiya ödənişlərinə uğurla davam edir.
Bank, 22 aprel tarixindən indiyədək, 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) məbləğdə kompensasiya alan 18 min 290 nəfər müştəriyə ödəniş edib. SMS vasitəsilə məlumatlandırılan müştərilər bankın filialına yaxınlaşaraq növbədə çox gözləmədən rahatlıqla kompensasiyalarını əldə ediblər.
Kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişlərinə isə yaxın günlərdə başlanılacaq. Kompensasiya məbləğini kartla alacaq həmin müştərilərə filial və tarix haqqında bank tərəfindən SMS və ya zəng vasitəsilə məlumat veriləcək.
Qeyd edək ki, bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. SMS vasitəsilə dəvət almış hər kəs rahatlıqla Bank of Baku-nun istənilən filialına yaxınlaşaraq kompensasiyasını əldə edə bilər.
Xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını öyrənmək istəyən şəxslər isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil ola bilərlər.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























