İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu başlayıb
(®) Tbilisi Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq İqtisad Məktəbi (ISET) yüksək nüfuzlu İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulunu açıq elan edir.
ISET kurikulumu özündə ABŞ və Qərbi Avropanın ən yaxşı iqtisadiyyat proqramlarını əks etdirir və beynəlxalq səviyyəli professorlar tərəfindən İngilis dilində tədir edilir.
2019-cu il üçün proqrama qəbul onlayn həyata keçirirlir (www.iset.ge). Müraciət üçün son tarix 6 may 2019-cu il. Qəbul imtahanları mayın əvəllində Bakı və Tbilisidə eyni vaxtda keçirləcək.
Regiondan magistr proqramına qəbul olan bütün tələbələr həm İSET-in yay “Riyaziyyat Düşərgəsi”ndə ( 2019-ci ilin avqustunda 3 həftə), həm də birinci minisemestr (2019-ci il sentyabr-oktyabrda 8 həftə) ərzində tam ödənişsiz əsaslarla təhsil alacaq.
Təhsil haqqı və maliyyə köməkliyi:
TƏHSIL HAQQI: illik təhsil haqqı 3 000 ABŞ dollarıdır. Ancaq İSET öz dəstəkçiləri sayəsində tələbələrə aşağıdakı imkanları təklif etmək iqtidarındadır:
Köçürülmə haqqı: Azərbaycanlı tələbələr köçürülmə xərclərini kompensasiya etmək məqsədi ilə əlavə olaraq təhsil haqqından 600 ABŞ dolları miqdarında güzəşt əldə edirlər.
Mənzil ilə təminat: birinci kurs azərbaycanlı tələbələr İSET tərəfindən kirayə götürlmüş mənzillərdə pulsuz yaşayacaqlar.
Akademik müvəffəqiyətlərə görə verilən təqaüdlər: 10 ən yaxşı nəticə göstərən tələbələr təhsil haqqının tam ödənilməsinə qədər təqaüd əldə etmək imkanı əldə edəcəklər. Bütün uğurlu regional tələbələrə qismən təqaüd təklif olunur.
Xeyriyyəçilik əsaslı təqaüdlər: ISET icması və tərəfdaşları sayəsində biz maliyyə ehtiyacları olan tələbələr üçün bir sıra təqaüd təklif edirik.
Tələbə kreditləri: İSET tələbələrə təhsil xərclərini maliyyələşdirilmələri məqsədi ilə aşağı fazili bank kreditləri proqramını təklif edir.
KARYERA İMKANLARI:
Beynəlxalq tələbə mübadilələri: ikinci kurs tələbələri Norveç və İsveçrədəki tərəfdaşlarımızın təşkil etdiyi yay məktəblərinə və tədqiqat çalışmalarına qatılmaq imkanı qazanırlar.
Tətbiqi sahələrdə ixtisaslaşmaq: İSET-ə qəbul olan tələbələr Kənd Təsərrüfatı iqtisadiyyatı, Enerji iqtisadiyyatı, Makroiqtisadi Siyasət, Özəl Sektor İnkişafı, İqtisadi Nəzəriyyə, İnsan Qaynaqları və Müasir Data Analizi sahələrində ixtisaslaşmaq imkanı əldə edəcəklər. Bunlar Norveç İqtisadiyyat Məktəbi, Lausanne universiteti, Tartu universiteti və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Məşğulluq və peşə stajları: xaricdə oxuyanlar istisna olmaqla, 346 nəfər İSET məzunlarından 98% -i hal-hazırda peşəkar və analitik vəzifələrdə çalışır. ISET tələbələri təhsil aldıqları zamanı bir sıra müxtəlif staj imkanlarından faydalana bilərlər.
Nüfuzlu doktorluq proqramlarında təhsili davam etdirmək: keçmiş məzunlar Stanford Universiteti, Chicago Universiteti, Nyu-York Universiteti, Vaşinqton Universiteti, Pensilvaniya Universiteti, Warwick Universiteti, Leicester Universiteti və digər universitetlərdə am təqaüdlə doktorantura istiqaməntində təhsil almağa davam edirlər.
Tədris Proqramı: ISET məzunlarının təxminən 70% -i CERGE-EI (Çexiya) tədris proqramının məzunlarıdır. Bütün iştirakçılara Pragada pedaqoji təlimlər keçirilir. Onlar CERGE-EI və ISET-də yüksək səviyyəli müəllimlərdən məsləhətlər alırlar. Regionun müxtəlif universitetlərində müasir, bazar iqtisadiyyatını öyrətməyə davam edirlər.
Müraciət etmək:
1. müraciət paketini onlayn təqdim edin,
2. qəbul imtahanında iştirak edin
3. müsahibəyə qatılın (ehtiyac olarsa).
Əlaqələndirici şəxs::
Maya Surguladze
Email: [email protected]
Tel:+995 322 507 177 (ext. 104)
Website: www.iset.ge
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























