Otellər iranlı və ərəbləri "soymağa" başlayıb
Son vaxtlar müşahidə olunan hallardan bir əcnəbi turistlərin Azərbaycana sürətlə axın etməsidir.
Ötən il ərəb ölkələrindən ölkəmizə təşrif buyuran turistlərin sayı daha çox olub. Bəs bu il vəziyyət necədir? Novruz bayramı ilə əlaqədar Azərbaycana əsasən hansı ölkələrin vətəndaşları gələcək?
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, əcnəbi turistlərin çoxu İran vətəndaşlarıdır.
“Bu il İrandan gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bunun bir səbəbi Tehranla Bakı arasında aviareyslərin açılmasıdır. Digər səbəb isə iranlı turistlərin Novruz bayramı ilə əlaqədar Azərbaycana gəlməyə can atmasıdır. İranlı turistlər biletlərin çoxunu Bakıya alıblar. Təbii ki, bölgələrə də getmək istəyənlər var. Elələri var ki, az müddətə, elələri də var ki, çox müddətə Azərbaycana səfər edir. Çox müddətə gələn turistlər bölgələrə də səfər edəcəklər.
Artıq iranlı turistlər otellərlə bağlı seçim də ediblər. Yerlər dolub. Adətən iranlı turistlər ailəvi şəkildə Azərbaycana gəlirlər. Bu il də istisna deyil”.
Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycanı seçən turistlərin sonrakı sıralamasında rusiyalılar və ərəblər gəlir.
“Novruz bayramı tədbirlərinin ən rəngarəngi Bakıda keçirildiyindən turistlərin əksəriyyəti Bakını seçib. Otelləri seçən turistlərin qiymətlərlə bağlı narahatlığı da yoxdur. Sadəcə, bir məqam var ki, bayram günləri otellər düzgün qiymət sərgiləmir. Menecmentliyin qanunlarından kənara çıxararaq, bayram günləri qiymətləri qaldırırlar. Bu da düzgün deyil. Azərbaycanın imicinə xələl gətirməklə yanaşı, turistlərin bölgə ilə bağlı planlarını pozurlar”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkəmizə gəlmiş İran vətəndaşlarının sayı 66,2 faiz, artıb. Bu il artımın daha çox olacağı gözlənilir.
© Modern.az
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı











.jpg)









