“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək - TARİX

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə 13-17 may tarixləri “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.
Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulmuşdur.
Anlaşma memorandumu əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi, “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaqdır.
Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, digər aidiyyəti dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyası, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcəkdir. Belə ki, bir sıra banklarda fintexlər üçün açıq qapı günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər və innovativ texnologiyalar, habelə kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcəkdir. “
Visa Inc.” beynəlxalq kart təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlarının ekspertləri tərəfindən rəqəmsal ödənişlərdə alternativ xidmət kanallarından istifadə, ödəniş kartları ilə aparılan əməliyyalarda fırıldaqçılıq hallarına qarşı mübarizə mövzusunda seminarlar keçiriləcəkdir. Həmçinin, ödəniş ekosistemində innovasiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişaf etdirilməsi mövzusunda beynəlxalq təşkilatlar ilə qarşılıqlı görüşlər təşkil ediləcəkdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində 16-17 may tarixlərində “Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcəkdir. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcəkdir.
Ümumilikdə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”nin keçirilməsi rəqəmsal texnologiyaların tətbiqinin təşviqi, banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübədə uğurlu layihələrlə tanışlıq və təcrübə mübadiləsinin aparılması, habelə ictimaiyyətin müxtəlif təbəqələrinin rəqəmsal bankçılıq, elektron ödənişlər və kibertəhlükəsizlik mövzusunda maliyyə savadlılığının yüksəldilməsi baxımından mühüm roy oynayacaqdır.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
13 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
15 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
15 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
15 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
