4 bankın xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Muğan Bank", "Bank Respublika", "Zıraat Bank Azərbaycan" və "AFB Bank"dır. Ən yüksək dinamika "Muğan Bank"da (7,2 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (64,7%) qeydə alınıb.
7 bankın - "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Xalq Bank", "Kapital Bank", "Günay Bank", "Naxçıvan Bank" və "PAŞA Bank"ın isə xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitin məbləği azalıb. Ən çox azalma "PAŞA Bank"da (96,4%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan "da (21,7%) baş verib.
4 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Unibank", Pakistan Milli Bankının Bakı filialı və "Premium Bank" isə xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini müvafiq olaraq 29,8%, 36%, 60% və 96,3% azaldıb.
5 bank - "AGBank", "Amrah Bank", "Atabank", "Rabitəbank" və "Turan Bank" bu ilin I rübündə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb, ötən ilin I rübündə isə ayırıb, 10 bank - "Access Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB", "Bank of Baku", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı və "NBC Bank" isə bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb, ötən ilin yanvar-mart aylarında isə ayırmayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasına hesablamaq mümkün olmayıb.
3 bankın xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çoxdur
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-u xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Amrah Bank", "Premium Bank", "Rabitəbank", "AGBank", "Turan Bank", "Atabank", "Bank VTB Azərbaycan", "Unibank" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB).
Adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxından ən yüksək göstərici ABB-də (45,19 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (2 min manat) qeydə alınıb.
Qalan 20 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Onlardan 3-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar "Access Bank" (91,939 milyon manat), "Muğan Bank" (14,601 milyon manat) və "Bank of Baku"dur (11,483 milyon manat).
Xüsusi ehtiyatlara ayırmalar 10 bankda 1-10 milyon manat arasında, 7 bankda isə 1 milyom manatdan azdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























