“Günay Sığorta” minimal sığorta haqqı olan yeni məhsulunu təqdim etdi - QİYMƏTLƏR
(®) “Günay Sığorta” Azərbaycan sığorta bazarı üçün sərfəli olan və maksimum dərəcədə hər kəsin büdcəsinə uyğun olan fərdi qəza sığorta məhsulunu təqdim edir.
Məhsulun yaradılmasında əsas məqsəd vətəndaşları gündəlik həyatda baş verə biləcək riskləri təminata alaraq minimal məbləğə sığortalamaqdır.
Sığorta məhsullarının qiyməti müştərilərin daim narazıçılığına səbəb olur. Bunun üçün minimal sığorta haqqı olan sığorta məhsulları vətəndaşlar da maraq yaradır.
İstənilən şəxs cüzi sığorta haqqı ödəməklə bu məhsulu əldə etmək imkanı qazanacaq. Verilən sığorta haqqı qarşılığında sığortalanan şəxs böyük məbləğdə sığorta təminatı əldə edəcəkdir.
Fərdi qəza sığortası partlayış, yanğın, donma, elektrik cərəyanı, ildırım, gün vurmanın təsiri, cani hücumu, heyvanın hücumu, hansısa əşyanın və ya sığortalının yıxılması, qəfildən boğulma, təsadüfi olaraq tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilər, kimyəvi maddələr, keyfiyyətsiz yeyinti məhsullarla təsadüfi olaraq kəskin zəhərlənmə, həmçinin nəqliyyat vasitələrinin (avtomobil, qatar və s.) hərəkəti və ya qəzası kimi xoşagəlməz hallar zamanı sığorta təminatı verir. Bu risklər üçün sığorta limitindən asılı olaraq sığorta haqqı 5 manat və 10 manatdır.
Nəzərə alsaq ki, artıq yay fəsli yaxınlaşır və bu fəsildə kütləvi zəhərlənmə halları, gün vurma, regionlarda heyvan hücumu (ilan sancması və s.) və s. kimi xoşagəlməz hallar çoxalır. Həmçinin yol nəqliyyat hadisələri də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Nəticədə bu kimi hallar Fərdi qəza sığortasını aktual edir.
Fərdi qəza sığortası ilə həm fiziki şəxslər özlərini, həmçinin şirkət rəhbərləri öz əməkdaşlarını sığortalaya bilərlər. Məhsul sığortalılara 2500 azn və 5000 azn sığorta limiti təqdim edir.
Məhsulu əldə etmək üçün şirkətimizin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ), instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.
Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “Günay Sığorta” bu məhsulun bazara təqdim olunma ideyasını da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən hazırlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























