Milli Depozit Mərkəzi 4 bank ilə saziş imzaladı
Bu gün Bakıda “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbir keçirilib.
“Marja” xəbər verir ki, tədbir çərçivəsində Milli Depozit Mərkəzi və 4 bank arasında kollektiv saziş imzalanıb.
Sazişi Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Araz Əliyev, Azər-Türk Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Xalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Kamran Məcidov, YapıKredi Bank Azərbaycan-ın İdarə Heyətinin sədri Cenk Yüksəl imzalayıblar.
Saziş Azərbaycan qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bankların klirinq təşkilatının üzvü qismində iştirakını və beləliklə də hesablaşma agenti modelinin tətbiqini nəzərdə turur.
Xəbər verdiyimiz kimi, Maliyyə Pazarlarına Nəzarət Palatası (MBNP) və Avstriyaya məxsus “Raiffeisen Bank İnternational” (RBİ) arasında kapital bazarlarının, depozitlər və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbir çərçivəsində baş tutub.
Sənədi MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və RBİ-nin qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri Atilla Sazalay Berzeviczy imzalayıblar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Memorandum Palatanın xarici investorları Azərbaycanın maliyyə bazarına cəlb etməsini, bu məqsədlə Milli Depozit Mərkəzi ilə RBİ arasında nominal saxlayıcı hesablarının açılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)