Əhali banklara müddətli əmanət yerləşdirməyə böyük maraq göstərmir
30 Aprel 2019-cu il tarixinə banklarda fiziki şəxslərin depozitləri (əsasən əhalinin əmanətləri) 8 milyard 625 milyon manat təşkil edib.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Paltasının aylıq statistikasına istinadən xəbər verir ki, Mart ayının sonu ilə müqayisədə Apreldə fiziki şəxslərin depozitləri 371 milyon manat və ya 4,5% artıb. Martın sonunda fiziki şəxslərin banklarda 8 milyard 254 milyon manat depozitləri var idi. Apreldəki artım banklara müddətli depozit yerləşdirilməsi ilə bağlı deyil. Tələbli depozitlərdəki artım cəmi depozitlərin artmasına təsir göstərib.
Belə ki, depozitlər müddətli və tələbli depozitlərdən ibarətdir. Apreldə müddətli depozitlər cəmi 4 milyon manat, tələbli depozitlər isə 367 milyon manat artıb. 30 Aprel 2019-cu il tarixində müddətli depozitlər 5 milyard 470 milyon manat, tələbli depozitlər isə 3 milyard 156 milyon manat təşkil edib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri tələbli depozitlərə daxil edilir. Fərdi sahibkarların depozitləri Martın sonundakı 85,6 milyon manatdan 89,8 milyon manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda fiziki şəxslərin depozitləri 8 milyard 270 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 479 milyon manat, tələbli depozitlər 2 milyard 791 milyon manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə ilk 4 ayda müddətli depozitlər 7 milyon manat azalıb.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















