Müxtəlif sektorlar üzrə şirkət saytları analiz edilib - NƏTİCƏLƏR
Müştərilərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən "Marcom" Marketinq və Kommunikasiya şirkəti Google axtarış sisteminin etdiyi son dəyişikliklərdən sonra bir çox sektorlar üzrə öndə gedən saytlarda olan vəziyyəti araşdırıb.
Şirkətin rəqəmsal marketinq departamentinin SEO üzrə mütəxəssisi Tural Rüstəmlinin sözlərinə görə, saytlarda çox ciddi boşluqlar mövcuddur.
İlkin araşdırmaların nəticələri göstərir ki, saytların bir çox qismi Google tərəfindən dəstəklənməyən elementlərdən ibarətdir.
“Ümumiyyətlə bazarda fəaliyyət göstərən şirkət saytlarının 90%-i Google axtarış sistemi tərəfindən dəstəklənmir. Bunun bir çox səbəbləri var. Əsas səbəblərdən biri saytlarda olan kontentin azlığı və unikallığının olmamasıdır. Şirkətlərin çox qismi saytlarında öz fəaliyyəti, satdığı məhsul və göstərdiyi xidmət barədə kifayət qədər məlumat təqdim etmirlər. Bundan əlavə proqramlaşdırma zamanı yol verilən xətalar, kodların təkmil olmaması, hazır dizaynlardan istifadə, saytların mobil versiyalarında olan boşluqlar sonradan saytın Google tərəfindən indekslənməsinə ciddi maneçilik törədir. Məhz buna görə də biz bir çox hallarda SEO Optimizasiya xidmətindən yararlanmaq istəyən şirkətlərin saytlarını təkmilləşdirməkdən məcbur qalıb imtina etməli oluruq.”
Məsələnin gələcəkdə yarada biləcəyi çətinliklərə gəlincə isə şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bildirdi ki, sözügedən boşluqlar nəticə etibarilə bir çox şirkətlərdə marketinq və satış departamentində çalışanların işinə ciddi zərbə vurur.
“Biz bazarı sağlamlaşdırmaq və şirkətlərin rəqəmsal dünyaya keçidini sürətləndirmək məqsədi ilə bu ilin yanvar ayında bazara marketinq audit adlı bir xidmət təqdim etdik. Bu xidmət üzrə müraciət edən şirkətlərin əksəriyyəti saytlarının düzgün işləmədiyini, google tərəfindən dəstəklənmədiyini və qarşı tərəfin onları özlərindən daha çox asılı vəziyyətdə saxladıqlarını qeyd edirlər. Bu isə öz növbəsində onu göstərir ki, bazarda öz işinə peşəkarlıqla yanaşanlardan savayı, bu işi əlavə gəlir mənbəyinə çevirib şirkətlərə düzgün xidmət göstərməyənlər də mövcuddur. Müraciət edənlərin bir çox qisminə dəstək olmaq istəsək də, çox təəssüf ki, hamıya bu dəstəyi göstərə bilmirik. Buna səbəb isə şirkətlərin saytlarını təkmilləşdirmək üçün yenidən büdcə ayıra bilməməsi və bu sektora olan etibarının əvvəlki üzləşdiyi uğursuzluqlara görə itməsidir. Lakin istənilən halda həmin şirkətləri maarifləndirir, bu kimi hallarla üzləşməmələri üçün hansı məqamlara diqqət etmələrini izah edirik.”
Qeyd edək ki, "Marcom" Marketinq və Kommunikasiya şirkəti Azərbaycan və Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkət bu ilin sonuna kimi bazar iştirakçılarının maarifləndirilməsi və bu sahədə doğru addımlar atması üçün yeni marketinq xidmətləri təqdim etmək istiqamətində çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 d. əvvəl
-
-
20 d. əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
-
23 d. əvvəl
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
-
1 saat əvvəl
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib
-
4 saat əvvəl
2025-ci ildə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azercell-dən “iPhone” kampaniyası
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
Ən çox oxunanlar
Kredit Həyat Sığortası kimlər üçündür? – MÜSAHİBƏ
Hərbi təyinatlı məhsulun istehsalı üzrə 15 şirkətə lisenziya verilib
2025-ci ildə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
Mərkəzi Bank yerli banklara 1 il vaxt verdi
Azərbaycan neftinin son qiyməti
"Bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir" - İlham Əliyev























