Daha çox Badamlı istehsalı üçün yeni zavod tikilir
Badamlı təbii mineral süfrə sularının qablaşdırılması və satışı ilə məşğul olan “Gəmiqaya Mineral Sular” MMC Şahbuz rayonu Badamlı qəsəbəsində yeni istehsal sahəsi tikir.
Mövzu ilə əlaqədar şirkətin rəsmisi “Marja”ya bildirib:
“Son illərdə cəmiyyətdəki maariflənmənin nəticəsi olaraq daxili bazarda alıcılar mineral sulara o cümlədən Badamlı sularına digər sulardan daha çox üstünlük verirlər. Bu hal təbii olaraq mineral sulara olan tələbatın qat-qat artmasına səbəb olub.“Gəmiqaya Mineral Sular” MMC-nin artan tələbatı qarşılamaq üçün yeni və daha böyük istehsal sahəsinin quraşdırılması qərarlaşdırılıb. Yeni zavod 1 hektara yaxın sahəni əhatə edəcək.
Hal-hazırda fəaliyyət göstərən qablaşdırma sahəsində olduğu kimi yeni zavodda da Fransanın "Sidel" markalı qablaşdırma avadanlıqlarından istifadə ediləcək. Lakin istehsal gücü əhəmiyyətli dərəcədə təqribən 3 qat artırılacaq bununla yanaşı işçi sayımız da artacaq.
Xarici bazarda da tendensiya müsbət yöndə dəyişir. Son illərdə ölkəmizin artan turizm potensialı bizim işlərə də öz müsbət töhfəsini verir. Belə ki, bir çox halda ölkəmizə gələn turistlər Badamlı sularını içib çox bəyənirlər. Bu turistlərin arasında bəzən iş adamları da olur. Onlar bizə Badamlı sularını öz ölkələrində satmaq üçün müraciət edirlər. Beləliklə ixrac imkanlarımız genişlənir. Hal-hazırda Rusiya, Çin, BƏƏ, İraq kimi ölkələrə Badamlı sularını ixrac edirik. İxracımız ildən ilə daha da artır. Bütün bu amilləri nəzərə alaraq bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılan yeni istehsal sahəmizin işimizi daha da sürətləndirəcəyinə inanırıq”.
“Badamlı” suları Azərbaycanın ilk su brendidir. 1947-ci ildən bu yana Sovet İttifaqı ölkələrində içilən ən məşhur sulardan biri idi. 2009-cu ildə isə köhnə istehsal sahələri yeni texnologiyaya əsaslanan zavodla əvəz edilmişdir. Yeni daha böyük istehsal sahəsinin isə 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində açılması planlaşdırılır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























