“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Qlobal risklərinin azalacağı ehtimallarının artması, avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşmaya səbəb olub. Belə ki, ABŞ ilə Çin arasında ticarət böhranı fonunda danışıqlar keçən həftədən yenidən bərpa edilib və cümə günü prezidentlər arasında böyük görüş gözlənilir. Maliyyə bazarlarında ümidlər artıb. Beləliklə, 1.14$-ın qırılma üzrə olduğu EUR/USD məzənnəsi, 1.1422$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın iqtisadi inkişaf və cümə günü saat 13:00-da Avrozonanın inflyasiyasına dair önəmli fundamental məlumatlar açıqlanacaqdır.
GBP
GBP/USD məzənnəsi də bahalaşmaqdadır və 1.2813$-a kimi bahalaşa bilər. Cümə günü saat 12:30-da yayımlanacaq İngiltərənin iqtisadi inkişafı ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir.
Böyük Britaniyada baş nazir vəzifəsinə seçiləcək namizəd fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır.
TRY
USD/TRY məzənnəsi 5.73TL-də dəstək görərək 5.81TL-yə kimi bir dəhliz daxilində ticarət edilməkdədir.
Cümə günü saat 11:00-da Türkiyənin xarici ticarəti ilə bağlı dərc ediləcək önəmli göstəricilər də investorların diqqət mərkəzindədir. Ticarət balansında mənfi saldo daha da artarsa, lirə 6.00TL-yə kimi ucuzlaşa bilər.
OIL
Son günlər ABŞ və İran arasında siyasi münasibətlərin yenidən gərginləşməsi, neft qiymətlərinin bahalaşmasına səbəb olmuşdur. Oman körfəzində neft tankerlərinə olan hücumlar neftə olan tələbin artmasına, Avropanın Brent neftinin 66$-a kimi 9% dəyər qazanmasına səbəb olub. Təhlillərə əsasən, cari səviyyələrin üzərində möhkəmlənə biləcək qiymətlər, 68$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması və Amerika mərkəzi bankının cari il ərzində iki faiz azaldılmasına gedə biləcəyi ehtimalları, əlvan metallar birjalarında da qızılın bahalaşmasına səbəb olub. Bir unsiya üzrə qiymət hal-hazırda 1402$-a (45.1 $/qram) ticarət edilir və 1414$-ı (45.5 $/qram) qırarsa, 1451$-a (46.7 $/qram) kimi də dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
4 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
42 d. əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
1 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
1 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
1 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
-
2 saat əvvəl
Qızıl ABŞ -İran razılaşması nikbinliyi ilə həftəyə bahalaşma ilə başlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN






.jpg)








.jpg)








