"Neft hasilatının azaldılması qərarı daha 9 ay uzadılır"
Venesuelanın neft naziri, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Konfransının sədri Manuel Quevedo, gündəlik neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadıldığını açıqlayıb.
Xatırladaq ki, OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələr keçən ilin dekabr ayında neft hasilatını 2019-cu ilin İyun ayının sonunadək (6 ay) gündəlik 1,2 milyon azaltmaq barədə qərar vermişdilər.
"Marja" xəbər verir ki, dünən Avstriyanın paytaxtı Vyanada keçirilən 176-cı OPEC Toplantısından sonra keçirilən birgə mətbuat konfransında açıqlama verən Quevedo, uzun, ancaq səmərəli görüşün baş tutduğunu deyib.
Quevedo, "Neft istehsalını azaltmaq qərarını 9 ay uzatmaq barədə qərar verdiyimizi məmnuniyyətlə açıqlamaq istəyirəm",- ifadəsini istifadə edib.
Neft hasilatının gündəlik 1,2 milyon azaldılması nəzərdə tutulur. Qərar 31 Mart 2020-ci ilə qədər etibarlı olacaq.
Quevedo, bu gün OPEC-ə üzv ölkələrlə keçiriləcək görüşdə əməkdaşlığın davam etdirilməsinə rəsmi qərar veriləcəyini dilə gətirib.
Xalid əl-Falih 9 ay uzatma qərarının OPEC üzvü olan bütün ölkələrin birgə qərarı olduğunu vurğulayaraq, OPEC-ə üzv olmayan ölkələrin də bu qərarı tətbiq edəcəyinə inamını bildirib.
Növbəti OPEC toplantısının 5 Dekabr 2019-da keçiriləcəyi qeyd edilib.
Neft qiymətlərində baş verən azalma səbəbindən OPEC və Azərbaycan daxil bəzi neft istehsal edən ölkələr ötən ilin dekabr ayında istehsalı azaltmaq qərarı vermişdilər.
Rusiya Prezidenti Vladimir Putin, G20 sammitində Rusiya və Səudiyyə Ərəbistanının, müqavilənin uzadılması barədə razılaşdıqlarını açıqlamışdı.
OPEC-in qərarından sonra neft qiymətləri kəskin dəyişməyib. Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 65,03 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 43 d. əvvəl
-
52 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
55 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















