“Mətanət A” ustaları maarifləndirir
(®) Yarandığı gündən daim innovativ texnologiyaların tətbiqi ilə istehsal etdiyi yeni məhsullar, ixtiraları sayəsində artıq 20 ilə yaxındır Azərbaycanın inşaat materialları sektorunun lideri ünvanını özündə saxlamağı bacaran “Mətanət A” şirkəti eyni zamanda inkişaf etmiş ölkələrdə tikinti sektorunda tətbiq edilən qabaqcıl ənənələrin də ölkəmizdə tətbiqi ilə tanınır. Məhz “Mətanət A”nın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə ustaların bilik və bacarıqlarının artırılmasını qarşısına məqsəd qoyan Ustalar Klubu təsis olunub.
Kluba üzv olan ustalarla tez-tez görüşlər keçirilir, treninq və seminarlar təşkil olunur, “Mətanət A” şirkətinin məhsulları ilə bağlı ətraflı məlumatlar verilir.
Bu günlərdə Ustalar Klubunun yeni silsilə görüş-təlimlərinə start verilib. Bu dəfəki təlimlər əsasən şirkətin yeni brendi - AZERLIME suvaq və hörgü üçün əhəng məhsulunun tanıtımına həsr olunub. İlk təlimlər Bakı və Sumqayıt şəhərlərini əhatə edib. Beş gün davam edən təlimlərdə yüzlərlə usta və “Mətanət A” şirkətinin məhsullarının daimi müştəriləri iştirak edib.
Paytaxt və Sumqayıt şəhərində baş tutan təlimlərdə iştirakçılar əvvəlcə tədbir məkanının foyesində təşkil olunan sərgidə “Mətanət A” şirkətinin məhsulları ilə tanış olublar. Daha sonra onlara AZERLIME suvaq üçün əhəng məhsulu ilə bağlı ətraflı məlumat verilib. Təlimə qatılan mindən artıq usta inşaat sektorunda unikal məhsul olan AZERLIME suvaq üçün əhəng məhsulunun hazırlanması və istifadəsi qaydaları ilə tanış olublar. Məhsulun üstün cəhətləri onlara əyani vəsaitlərlə nümayiş etdirilib.
Qeyd edək ki, AZERLİME SUVAQ ÜÇÜN ƏHƏNG məhsulu qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən AZERLİME suvaq üçün əhəng məhsulu inşaat sektorunda, suvaq və hörgü işlərinin görülməsində unikal bir məhsuldur. AZERLİME məhsulu suvağın hazırlanmasında istifadə olunan sementi 50 % azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır və yekunda suvaq xərcinə 25%-ə qədər də qənaət edir. Əhəngli suvağın bir çox üstünlükləri mövcuddur. Belə ki, AZERLİME qatılaraq alınmış əhəngli suvağın tətbiqi daha rahatdır. Eyni zamanda daha çox səth suvanmaqla yanaşı, həmçinin antibakterial səth də əldə edilir. “Mətanət A” şirkəti təmir-tikinti işləri həyata keçirən bütün tikinti şirkətlərini, ustaları, hər kəsi AZERLİME əhəng zavodunun yüksək aktivliyə malik və stabil keyfiyyətli əhəng məhsullarından istifadəyə çağırır.
Təlim zamanı mütəxəssislər ustaların AZERLIME suvaq üçün əhəng məhsulunun tətbiqi ilə bağlı onlara qaranlıq qalan sualları da cavablandırıblar. Təlimlərin sonunda iştirakçılar arasında lotoreya çəkilişi həyata keçirilib, qaliblərə dəyərli hədiyyələr təqdim olunub.
Təlimlər iyul ayı ərzində ölkənin digər bölgələrində davam etdiriləcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















