Azərbaycan Notariat Palatası təsis edilib, sədri seçilib
Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul şəxsləri, ölkədə fəaliyyət göstərən notariuslar, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.
Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.
Ədliyyə nazirinin müavini Toğrul Musayev notariuslar arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq notariat ittifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi və notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkəmizin tarixində ilk dəfə olaraq Notariat Palatasının yaradılmasının müstəsna əhəmiyyətinə toxunub. T.Musayev Palatanın notariat fəaliyyətinin səmərəli təşkili ilə bağlı Ədliyyə Nazirliyinə kömək göstərilməsində önəmini qeyd edib, onun fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsiplər əsasında quraraq ölkəmizdə müasir tələblərə cavab verən notariat institutun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə açıq səsvermə yolu ilə seçilmiş iclasın sədri, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Əbülfəz Bünyatov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra Palatanın nizamnaməsi yekdilliklə qəbul olunub və beləliklə Azərbaycan Notariat Palatası təsis edilib.
Daha sonra Palatanın idarəetmə orqanlarına seçkilər keçirilib, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.
Sonda "Ən müasir şəraitli notariat ofisi" müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
2 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
3 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
4 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
5 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur





























