Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!
® Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfləyən Azercell Telekom bu sıradan olan daha bir yeniliyə imza atıb.
Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədi ilə kiçik və orta sahibkarlar üçün “Business Web” - veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə Azercell korporativ müştərilərinə öz bizneslərini veb-sayt kimi rəqəmsal ünsiyyət vasitəsinin köməyilə inkişaf etdirməkdə dəstək olacaq.
Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir. Müxtəlif məzmunlu səhifələrin yaradılması üçün ayrı-ayrı tətbiqlərin mövcudluğu saytın idarə olunmasını daha sürətli və effektiv edir.
Yeni yaradılmış xidmət də daxil olmaqla, Azercell-in korporativ abunəçiləri üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun etibarlı telekom tərəfdaşı kimi töhfəsini bir daha vurğulayır.
Korporativ abunəçilər [email protected] e-mail ünvanına müraciətlərini göndərməklə, Azercell-in yaratdığı bu fürsətdən yararlana bilər.
Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/busInessweb/
Azercell rəqəmsal dünyada sizin biznesinizin inkişafını dəstəkləyir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
4 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
5 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
5 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur





























