Palata:Azərbaycan sığorta bazarına xarici investorların cəlb edilməsi işlərinə başlanılıb
Azərbaycan sığorta bazarına xarici investorların cəlb edilməsi ilə bağlı qanunvericiliyin təhlil edilməsi və sığorta qanunvericiliyinin Beynəlxalq Sığorta Prinsiplərinə uyğunlaşdırılması proseslərinə başlanılıb.
Bu barədə açıqlamasında Maliyyə Bazalarına Nəzarət Palatasının (FİMSA) Sığorta Fəaliyyətinə nəzarət departamentinin rəisi Firdovsi Ağaşirinov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Azərbaycan sığorta bazarının inkişafı fonunda sektora yeni mexanizmlərin tətbiq edilməsi və ictimaiyyətdə sektora etimadın yüksəldilməsinə nail olunulacaqdır ki, bu da sektorun investisiya cəlbediciliyini artıracaqdır.
"Əlavə olaraq qeyd olunmalıdır ki, 28 iyun 2019-cu il tarixdə Azərbaycanda “Azərbaycan sığorta bazarı: imkanlar və trendlər” adlı Beynəlxalq Forum çərçivəsində iştirak etmiş xarici ölkə nümayəndələrinə və Forum iştirakçılarına Azərbaycan sığorta bazarının investisiya imkanları və cəlbediciliyi barəsində də təqdimat həyata keçirilib.
Hazırda Azərbaycanın sığorta bazarında xarici kapitalın payı 10 faizi ötmür, sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici kapitalın iştirakının maksimum limiti 2017-ci il yanvarın birindən 100 faiz təşkil edir.
Bununla yanaşı əcnəbi fiziki və hüquqi şəxslərin bazara çıxışı var, halbuki 2015-ci ilədək əcnəbi sığortaçılar belə hüquqa malik idilər.
Qeyd edək ki, 2008-ci ilədək xarici kapitalın iştirak payı bir şirkətin kapitalında 49 faizi ötə bilməzdi. Lakin 2014-cü ilin martında "Sığorta fəaliyyəti haqqında" qanun qüvvəyə mindikdən sonra bütün sığorta bazarının ümumi kapitalına limit təyin edilib. Bu o deməkdir ki, 100 faizlik xarici kapitala malik şirkətin yaradılmasına məhdudiyyət aradan qaldırılıb. Kvotanın tükənməsi bazara əcnəbilərin girişinə məhdudiyyətin aradan qaldırılması deməkdir.
Hal-hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir və ancaq bir şirkətin (AXA Mbask) kapitalında xarici investisiya mövcuddur.
AZEX - TÜRKİYƏDƏN SÜRƏTLİ ÇATDIRILMA
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























