Avtomobil idxalında sürət düşmür - İKİQAT ARTIM
2019-cu ilin Yanvar- İyul ayları ərzində Azərbaycana 22 min 974 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar-İyul dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin Yanvar-İyul dövründə ölkəmizə 11 min 700 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
ƏN ÇOX AYLIQ İDXAL İYULDA QEYDƏ ALINIB
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyunun 3 min 155 ədəd, İyulunda isə 4 min 234 ədəd nəqliyyat vasitəsi idxal edilib.
O cümlədən, 2019-cu ilin Yanvar-İyul aylarında 20 min 800 ədəd minik avtomobili, 139 ədəd avtobus, 1 943 ədəd yük avtomobili və 92 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-İyul dövründə 10 min 402 ədəd minik avtomobili, 69 ədəd avtobus, 1 157 ədəd yük avtomobili və 72 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
9 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 20 d. əvvəl
-
33 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)







.jpg)










