Azərbaycanda 6 bankın qeyri-faiz xərcləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, "Bank VTB Azərbaycan" və "Atabank"dır. Ən az azalma " Yapı Kredi Bank Azərbaycan"da (4,7%), ən çox azalma isə "Atabank"da (14,9%) qeydə alınıb.
1 bankın - "Premium Bank"ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib.
Qalan 23 bankın isə qeyri-faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Nikoyl Bank"da (45,2%), ən aşağı dinamika isə "AFB Bank"da (0,8%) qeydə alınıb.
4 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur
30 bankdan 4-nün bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur.
Bunlar "Kapital Bank" (96,632 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (72,154 milyon manat), "Bank of Baku" (44,429 milyon manat) və "PAŞA Bank"dır (43,673 milyon manat).
Qalan 26 bankdan 13-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 22 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
47 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Unibankın biznes kreditləri portfelində böyük artım
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB


























