Şirkətlərdən daha çox mənfəət vergisi yığılıb
Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər 2019-cu ilin yanvar-iyun ayları ərzində mənfəətlərindən 1 milyard 302,6 milyon manat vergi ödəyiblər.
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2018-ci ilin yanvar-iyununa nisbətən 15,8% artıb. Şirkətlər ötən ilin 6 ayında 1 milyard 124,5 milyon manat mənfəət vergisi ödəmişdilər.
2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin yanvar-iyununa nisbətən dövlət büdcəsinə daxil olmuş aksiz vergisi 26,7% artaraq 422,3 milyon manat, əlavə dəyər vergisi 19,4% artaraq 2 milyard 376,7 milyon manat, əmlak vergisi 16,7% artaraq 99,1 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 11,9% artaraq 562,2 milyon manat, yol vergisi 3,9% artaraq 55,8 milyon manat təşkil edib.
2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin yanvar-iyununa nisbətən dövlət büdcəsinə daxil olmuş fiziki şəxslərin gəlir vergisi 10,4% azalaraq 430,2 milyon manata, torpaq vergisi 12,1% arzalaraq 21,1 milyon manata, sadələşdirilmiş vergi 22,4% azalaraq 174,6 milyon manata, mədən vergisi 4,4% azalaraq 60,6 milyon manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















