Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 16-na USD/AZN rəsmi məzənnəsini 1.7282 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu, Dollar əsasən 1.72-1.74 manat səviyyələrindən satıldı. Qeyd edək ki, Dollar Manat qarşısında ötən həftədən ucuzlaşır.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7202 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında təxminən 0,5% möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların məzənnələrinin düşdüyü müşahidə olundu. Dolların alış qiyməti 1.63 manatadək, satış qiyməti isə 1.7150 manatadək düşdü.
- Məsələn, GünayBank Dolların satış qiymətini 1.7050 manata, Unibank Dolların alış qiymətini 1.66 manata, satış qiymətini isə 1.71 manata, KapitalBank Dolların alış qiymətini 1.68 manatdan 1.67 manata, Bank Respublika isə 1.65 manatdan 1.63 manata endirdi.
- Axşam saat 17:05-də Mərkəzi Bank 17.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7202 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə, hərrac ilə eyni idi.
Qeyd edək ki, çoxları hələ də manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.
Digər tərəfdən nefin qiymətinin qalxması və qeyri-neft ixracının artması ilə əlaqədar olaraq Azərbaycanın ixracı idxalını üstələyib.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
24 san. əvvəl
2026-da InvestAZ hesabını artırın , xərclərdən 100%-dək azad olun
-
- 8 d. əvvəl
-
30 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 32 d. əvvəl
-
37 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın , xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı




















