Fed faiz endirimini iqtisadi artım və inflyasiya üçün sığorta olaraq görür
ABŞ Mərkəzi Bankının (Fed) rəsmiləri, İyul ayındakı faiz endirimini, çox aşağı inflyasiyaya və ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsindən qaynaqlanan qeyri-müəyyənliklərə görə investisiyalarda baş verə biləcək daha dərin bir geriləmə riskinə qarşı bir sığorta olaraq görürlər.
"Marja" xəbər verir ki, Çərşənbə günü açıqlanan Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 30-31 İyul yığıncağının protokollarında, "Faiz endirimi istiqamətində səs verən üzvlər, zəif qlobal iqtisadi artımdan və ticarət siyasəti qeyri-müəyyənliklərindən yarana biləcək əlavə aşağı istiqamətli risklərə qarşı sığortalanmaq və daha sürətli bir inflyasiyaya yönəlmək üçün daha yaxşı bir siyasət mövqeyi ortaya qoydular" deyilir.
Fed, İyul yığıncağında 2008-ci ildən bu yana ilk dəfə faiz endiriminə gedib.
Fed daha əvvəl faiz endirimi üçün 2 səbəb göstərirdi; iqtisadi artımın yavaşlaması və aşağı inflyasiya. Protokollar Fed rəsmilərinin ticarət qeyri-müəyyənliklərini də davamlı bir problem kimi qəbul etdiklərini göstərir.
Fed-in faiz endirimi üçün qarşıya qoyduğu bu səbəblər digər bir fazi endirimini dəstəkləyir. Bankın Sentyabr ayı yığıncağı yaxınlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
17 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























