Neft Tramp və Fed sədrinin açıqlamalarından və Çinin qərarından sonra ucuzlaşır
"İqtisadi artımı davam etdirməyə uyğun bir şəkildə rəftar edəcəyik"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerome Pauell (Jerome Powell,), Bankın illik toplantısında etdiyi çıxışında ABŞ iqtisadiyyatı və pul siyasətinə dair açıqlamalar verib.
"Baş verənlərin ABŞ iqtisadiyyatı üzərindəki təsirini yaxından izləyirik", - deyən Fed sədri, inflyasiyanın 2%-lik hədəfə yaxınlaşdığını söyləyib və İyul ayındakı Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısından bu yana Çindən idxala tətbiq olunan yeni vergilər başda olmaqla bir çox hadisə baş verdiyini əlavə edib.
"İqtisadiyyatın artması üçün müvafiq addımları atacağıq", - deyən Pauell, Çinin idxala yönəlmiş yeni vergilərini, xüsusən Almaniya və Çində olmaqla qlobal iqtisadi yavaşımaya dair daha çox dəlili, artan sərt Brexit ehtimalını, Honq Konqda yüksələn təzyiq (nümayişləri) kimi geosiyasi prosesləri izlədiklərini bildirib.
İqtisadiyyatın müsbət mövqedə olduğunu ancaq əhəmiyyətli risklər olduğunu bildirən Pauell, qlobal riskləri işarə edərək, "Bu proseslərin təsirlərinə dair qiymətləndirməmizə əsasən, güclü bir əmək bazarı və 2 faiz inflyasiya hədəfi ilə iqtisadi artımı davam etdirməyə uyğun bir şəkildə davranacağıq",- deyib.
Dolların mühüm valyutalar qarşısındakı dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi, Pauellin çıxışının ardından gün ərzində qazandığı artımı geri verərək 1210.59 bənd səviyyəsinə düşüb.
Avro/Dollar məzənnəsi 0,6% yüksələrək 1.1145 səviyyəsinə yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb)
Brent nefti 2,1% ucuzulaşaraq 58,65 dollara düşüb (Bakı vaxtı ilə saat 20:10-a olan məlumat). Neftin ucuzlaşmasına Çinin ABŞ məhsullarına gömrük tarifi tətbiq etməsi qərarı və Donald Trampın "Çinin tariflərinə bu gün cavab verəcəyəm" deməsi təsir edir. Trampın yeni həmləsi ilə ticarət müharibəsi daha da şiddətlənə, qlobal iqtisadiyyat duğrunluğa girə və neftə tələb azala bilər.
Qeyd edək ki, Çinin 75 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq etmək qərarını verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



