Çin 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edir
Çin, ABŞ-ın əlavə vergi qərarına cavab olaraq 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edəcək.
"Marja" xəbər verir ki, Çin rəsmi qurumlarından verilən məlumata görə, gömrük tarifləri; 1 Sentyabr və 15 Dekabr olmaqla 2 mərhələdə tətbiq ediləcək.
Çin 1 Sentyabrdan etibarlı olmaqla ABŞ-dan idxal edilən soyaya 5 faiz əlavə, xam neft idxalına 5 faiz tarif tətbiq edəcək. 15 Dekabrdan etibarən etibarlı olmaqla isə ABŞ avtomobillərinə 25 faiz tarif tətbiq edəcək.
"Çin və ABŞ getdikcə Dünya Ticarət Təşkilatının qaydalarından uzaqlaşmağa üz tuturlar. Hüquqdan uzaqlaşmaq bu iki ölkə üçün deyil, amma daha kiçik ölkələr üçün zərərli bir şeydir. Amerika özü qurduğu bu sistemə qarşı çıxır, çünki bu sistemin özünə bir fayda vermədiyini iddia edir",- iqtisadçılar bildirirlər.
Ticarət müharibələri ilə bərabər qarşılıqlı olaraq pul vahidlərinin dəyərinin azaldılması yarışı da başlayıb.
Çinin tarif qərarından neft ucuzlaşır, indekslər düşüb.
Brent nefti 2,1% ucuzulaşaraq 58,65 dollara düşüb (Bakı vaxtı ilə saat 20:10-a olan məlumat). Neftin ucuzlaşmasına Çinin ABŞ məhsullarına gömrük tarifi tətbiq etməsi qərarı və Donald Trampın "Çinin tariflərinə bu gün cavab verəcəyəm" deməsi təsir edir. Trampın yeni həmləsi ilə ticarət müharibəsi daha da şiddətlənə, qlobal iqtisadiyyat duğrunluğa girə və neftə tələb azala bilər.
Qeyd edək ki, Çinin 75 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq etmək qərarını verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























