Məşhur bankdan "Qızıl daha da bahalaşacaq" proqnozu
Qlobal investisiya bankı UBS AG, qızılın unsiyasının qiymətinin qlobal iqtisadiyyatdakı yavaşlama və mərkəzi banklarının faizləri aşağı salmaları ilə əlaqədar olaraq daha da yüksələcəyini və 1600 dolları görəcəyi proqnozunu verib.
"Marja" xəbər verir ki, iqtisadi səngimənin daha da dərinləşməsi riski var və buna bağlı olaraq mərkəzi bankların pul siyasətlərini daha da yumuşaldacaqları və faizləri aşağı salacağı gözlənilir.
"Qızılın unsiyasının qiyməti qarşıdakı üç aylıq dövrdə 1600 dollar səviyyəsini görə bilər", - Bankın hesabatında bildirilib.
UBS-in analitikləri hazırladıqları hesabatda, "ABŞ ilə Çin arasında ticarət müharibəsi yeni bir səviyyəyə çatıb. Qızıl "etibarlı liman" keyfiyyətini göstərdi və qızılda, Mayın ortasında girdiyimiz uzun mövqeyimizə davam edirik", - şərhi verilib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Qızıl bu il, dünyanın ən böyük iki iqtisadiyyatı - ABŞ və Çinin ticarət münaqişələri və bu münaqişənin Cümə günü daha da artması, eyni zamanda ABŞ Prezidenti Donald Trampın həftəsonu sərt tonlu açıqlamalar verməsilə "təhlükəsiz liman" olaraq dəyərini sübut edib. Fed keçən ay həyata keçirdiyi toplantısında, artan risklərə diqqət çəkərək faiz endiriminə gedib və Fed rəsmiləri son günlərdə mənzərəyə dair xəbərdarlıqlarına artırıblar.
UBS üç aylıq əməliyyat lenti proqnozunu 1450 dollar ilə 1600 dollar olaraq açıqlayıb. Əlavə olaraq altı aylıq proqnozunu 1600 dollara və 12 aylıq proqnozunu isə 1650 dollara qaldırıb. Dana əvvəlki proqnozlarında, bank altı ay və 12 aylıq proqnozun hər ikisini də 1500 dollar olaraq təyin etmişdi.
Müddətli qızıl müqavilələri Bazar ertəsi günü 1.8 faiz yüksəlişlə unsiyası 1565 dolları görüb. Bu, 2013-cü ildən bu yana ən yüksək səviyyədir. Qızılın unsiyasının qiyməti 1565 dolları görməsinin ardından bir qədər geriləyib. Qiymətin düşməsi, ABŞ Prezidenti Donald Trampın Çinin danışıqlara yenidən başlamaq istədiyinə dair açıqlamasının ardından baş verib.
UBS-in analitikləri, "Proqnozumuza qarşı əsas risklər, Trampın geri addım atması və ya Çinin güzəştə gedərək təzyiqi azaltması, 2020-dəki ABŞ prezident seçkiləri öncəsi bir ticarət müqaviləsi bağlanması olar" - deyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






