İyulda POS-terminalların sayı artıb
2019-cu ilin İyun ayı ilə müqayisədə İyul ayında ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 386 ədəd artaraq 63 min 782 ədəd çatıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, iyul ayındakı artıma baxmayaraq POS-terminalların sayı ötən ilin sonu ilə müqayisədə 2328 ədəd azdır. 2018-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 66 min 110 ədəd təşkil edirdi.
POS-terminalların 38 min 41-i Bakı şəhərində, 62 min 305-si pərakəndə ticarət obyektlərində quraşdırılıb.
İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nağdsız ödənişlər aşağı səviyyədə olduğunu bildirmiş və bu sahədə ciddi addımlar atılması barədə tapşırıqlar vermişdi:
“POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması kölgə iqtisadiyyatını qidalandırır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 21 d. əvvəl
- 29 d. əvvəl
-
38 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















