ABŞ və Çin "görüş" məsələsində razılaşa bilmirlər
Amerikalı və çinli rəsmilər, azalan etimada görə bu ay planlaşdırılan toplantının proqramı məsələsində razılığa gəlməkdə çətinlik çəkirlər.
"Marja" xəbər verir ki, danışıqlar barədə məlumata malik mənbələrə görə, Vaşinqtonun, Pekinin həftəsonu qüvvəyə minən əlavə gömrük tarifini təxirə salmaq tələbini rədd etməsinin ardından, çinli və amerikalı rəsmilər ticarət danışıqlarını davam etdirmək üçün bu ay planlaşdırılan toplantının proqramını müəyyənləşdirmək məsələsində çətinlik çəkir.
ABŞ Prezidenti Donald Trampın maliyyə bazarlarını sakitləşdirmək səylərinə və irəliləmə təmin etmək üçün danışıqlar aparılmasını təşviq etməsinə baxmayaraq, dünyanın ən böyük iki iqtisadi gücü, hər iki tərəfdəki inam çatışmazlığına görə, təkrar görüşməyin əsas şərtləri barədə razılaşa bilmirlər.
Danışıqların gizli olmasına görə adını verməyən mənbələr, çinli rəsmilərin Vaşinqtona səfər tarixinin hələ müəyyənləşmədiyini, lakin bunun görüşün olmayacağı mənasına gəlmədiyini söyləyiblər.
Mənbələrə görə, keçən həftə aparılan danışıqlarda iki tərəf ən azı iki tələb məsələsində razılığa gəlməyib: Amerikalılar növbəti görüşlər üçün bəzi parametrlər müəyyən etməsini, çinlilər isə yeni tariflərin təxirə salınmasını istəyib. Tramp bazar günü yeni tarifləri işə salıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























