ABŞ-ın xam neft ehtiyatları azalıb
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 4,8 milyon barrel (1,1 faiz) azalaraq 423 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər veri ki, bazar gözləntisi ehtiyatların 2,5 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 10 milyon barrel azalma qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 644,8 milyon barreldə qalıb.
ABŞ-ın benzin ehtiyatları ötən həftə 2,4 milyon barrel (1 faiz) azalaraq 229,6 milyon barrelə enib. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barel azalmışdı.
ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 976 min barel artımla 6,9 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 42 min barel artımla 3,06 milyon barelə yüksəlib.
Neft hasilatı
Ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 146 min barel azalıb. Beləliklə 24-30 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik təxminən 12,4 milyon barrel səviyyəsində baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






