“Qala Həyat” icbari sığorta növləri üzrə satışını artırıb
Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti 2019-cu ilin yanvar-iyul ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, tətbiq edilmiş duzgün strategiya nəticəsində əvvəlki dövrlərdə olduğu kimi şirkətdə inkişaf uğurla davam edir.
Qeyd olunan dövr ərzində şirkətin peşəkar satış komandasının uğurlu fəaliyyəti nəticəsində 2019-cu ilin yanvar-iyul ayları ərzində 7 222 905 manatdan çox sığorta haqqı toplanılıb.
Göstəricilərə əsasən, sığorta portfelində icbari sığorta növünün payı daha da artıb. Belə ki, son bir illə müayisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə satışın həcmi 10%-dək artıb.
Onu da qeyd edək ki, hesabat dövründə şirkət sığorta ödənişlərini müvafiq qanunvericiliyin tələbinə uyğun qaydada operativ və vaxtında həyata keçirib və bunun nəticəsində müştərilərə 4 422 217 manatdan çox sığorta ödənişi verilib.
Qeyd edək ki, Qala Həyat” şirkəti göstərilən xidmətlərdə biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarını hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında saxlayır.
Azərbaycanda etibarlı həyat sığortaçısı kimi tanınan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















