Avro Bölgəsi iqtisadiyyatı daxili tələb hesabına artıb
Avro Bölgəsi iqtisadiyyatı 2019-cu ilin ikinci rübündə əvvəlki üç aylıq dövrə nisbətən 0.2 faiz, illik 1.2 faiz artıb. İqtisadi artıma istehlak, dövlət xərcləri və investisiyalar kömək olub.
Avro Bölgəsində ikinci rübdə iqtisadi artıma istehlak və investisiya xərcləri təkan verib. İxrac tərəfində isə zəifləyən tələb ilə mübarizə davam edir.
Avro Bölgəsində iqtisadi artım performansı Avropa Mərkəzi Bankı (AMB) rəsmilərinin narahatçılığını təsdiqləyir. Daxili tələbat güclü məşğulluq bazarının təsiri ilə gücünü saxlayır, istehsalçılar ABŞ - Çin ticarət müharibəsi və digər qeyri-müəyyənliklərdən əhəmiyyətli dərəcədə pis təsirlənirlər.
"Marja" xəbər verir ki, "Eurostat" tərəfindən Cümə günü açıqlanan məlumatlara görə, Avro Zonasında mumi daxili məhsul (ÜDM) ilin ikinci üç aylıq dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 1.2 faiz artaraq 1.1 faizlik proqnozu üstələyib. İqtisadiyyat ilk rübə ilə müqayisədə isə 0.2 faiz artım qeyd edib. Proqnoz da 0.2 faiz idi.
Artım göstəricisinə detallı baxdıqda istehlak rüblük 0.2 faiz, dövlət xərcləri 0.3 faiz, sabit kapital qoyuluşu 0.5 faiz artım qeyd edib. İxracat ilk rüb ilə müqayisədə ikinci rübdə dəyişməyib, idxal 0.2 faiz artıb. İlk rüb göstəriciləri müvafiq olaraq 0.4 faiz, 0.4 faiz, 0.4 faiz, 0.2 faiz, 0.9 faiz və 0.4 faiz idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























