Şirkətlər "evlərinə" qayıdırlar
Ticarət müharibəsinin şirkət gəlirlərinə mənfi təsir etməsi şirkətlərin "evlərinə" qayıtmasına səbəb olur. "Evə" dönüşlərin ən çox Çindən Yaponiya və Tayvana baş verdiyi bildirilir.
"Marja" CNBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Çinə tətbiq etdiyi əlavə gömrük vergilərinin şirkət gəlirlərinə mənfi təsirlərinə görə bəzi Asiya şirkətləri məhsullarını istehsal etmək üçün "evlərinə" qayıdırlar, yəni fabrik və zavodlarını Çindən köçürürlər.
ABŞ tərəfindən tətbiq edilən yüksək vergilərdən yayınmaq üçün "evinə" qayıdan 56 şirkət ən çox Yaponiya və Tayvanda maşınqayırma və elektrotexnika sektorunda görünür.
ABŞ və Çin arasında bir ildən artıq müddətdir şiddətli ticarət müharibəsi davam edir. İki tərəf də milyardlarla dollar dəyərindəki məhsula tətbiq edilən tarifləri bir neçə dəfə qaldırıblar.
"Nomura"nın hesabatına görə, bu ticarət gərginliyindən ən çox faydalanan ölkə şirkətlərin istehsal yerlərini Çindən əsas mərkəzlərinə doğru dəyişməsilə Tayvan olub.
Tayvan Ticarət və İqtisadiyyat Nazirliyinə görə, 40 Tayvan şirkəti zavodlarını Çindən Tayvana geri köçürmək üçün müraciət edib.
Məsələn, Tayvanlı şirkətlər "Flexium" və "Quanta" Çindəki kompyuter şirkətlərini Tayvana köçürüblər. Dünyanın ən böyük ikinci çip istehsalçısı "SK Hynix" də bəzi çip modullarının istehsalını Cənubi Koreyaya köçürmək məsələsini qiymətləndirir.
Yaponiya şirkətlərindən "Mitsubishi Electric" isə istehsal mərkəzi olan Daliandaki ABŞ-a bağlı avadanlıq istehsalını Çindən Yaponiyanın Nagoya şəhərinə köçürür.
"Toshiba Machine" və "Komatsu"nun da məsələyə dair bənzər planları var.
İqtisadçılara görə, "Dell" kimi Çindəki işçi qüvvəsinin daha ucuz olmadığından narahat olan şirkətlər də zavodlarını Çindən çıxışını sürətləndirmək üçün ticarət gərginliyindən istifadə edirlər.
Ticarət müharibəsindən ən çox fayda götürəcək ölkələrin Vyetnam, Tayvan, Tailand və Meksika olduğu bildirilir. Meksika ən çox elektron və elektrik avadanlıqları məsələsində faydalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






