"Dolların dəyər itirməsi üçün məşğul olacaqlar, bunu etdikləri zaman..."
Beynəlxalq bazarlarda peşəkar investor kimi tanınan "Mobius Capital"ın banisi Mark Mobius investorlara qızıl almaları lazım olduğunu bildirib.
Mark Mobius, qlobal mərkəzi bankların faiz endirimləri ilə qızılda "buğa" mövqeyindədıir. "Marja" xəbər verir ki, CNBC-yə danışan Mobius, "Pul təklifində hədsiz artım səbəbi ilə mənə görə qızıl alınmalıdır" - deyib.
Bütün mərkəzi bankların faizləri endirdiyini və sistemə pul vurduğunu qeyd edən Mobius investorlara portfellərində 10% fiziki qızıl olması lazım olduğunu, portfelin qalanın da dividend gəliri yüksək səhmlərdən ibarət ola biləcəyini söyləyib.
ABŞ rəhbərliyinin və Ağ Evin güclü dolların tərəfdarı olmadıqlarını bildirən Mobius, "dolların digər valyutalar qarşısında dəyər itirməsi üçün məşğul olacaqlar, bunu etdikləri zaman digər pul vahidləri də zəifləyəcək. Bütün pul vahidləri dəyər itirəcəyi üçün investorlar qızıl almaları lazım olduğunu anlayacaq", - ifadəsini istifadə edib.
MƏRKƏZİ BANKLAR DA QIZIL ALIR
Dünya Qızıl Şurası bir hesabatında, qlobal makro iqtisadi qeyri-müəyyənliklər səbəbindən mərkəzi bankların bu il qızıl alışlarını artırdığını bildirib. Hesabata görə, mərkəzi banklar ilin ilk yarısında 374 ton qızıl alışı edib, bu ən azı 2000-ci ildən bəri görülən ən böyük artımdır.
Avqust ayında Çin - ABŞ ticarət gərginliyinin dərinləşməsilə 6 ilin ən yüksək səviyyəsi olan 1554 dolları görən qızılın unsiya hazırda 1.512 dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























