Azərbaycanda e-ticarət və elektron ödənişlər üzrə önəmli addım
Azərbaycanda “Visa Token” xidməti istifadəyə verilib
Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə elektron ödənişlərdə yeniliklərin müzakirəsi və Visa Token xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz regionu, Müstəqil Dövlətlər Birliyi, Cənub-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doros tərəfindən Visa Token xidməti və onun üstünlükləri, ölkədə rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər haqqında ətraflı məlumat verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov tərəfindən isə ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər haqqında məlumat açıqlanıb.
Eyni zamanda, Visa Token xidmətinin ölkəmizdə tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi qeyd edilib.
Visa Token xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcəkdir.
Mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında daha öncədən imzalanmış Anlama Memorandumu tərəflər arasında dəyişdirilib. Bu Anlaşma Memorandumu ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.
Ümumilikdə kütləvi informasiya nümayəndələrinin çoxsaylı sualları ilə davam edən mətbuat konfransında rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar, bu sahədə tətbiq olunacaq yeniliklər ətrafında müzakirələr aparılıb.
VİSA TOKEN XİDMƏTİ NƏDİR?
Visa Token - mobil və rəqəmsal ödənişlər üçün birgə platformadır
Visa Token xidmətləri sayəsində rəqəmsal ödənişlər sahəsində proqramlar yaratmaq mümkündür. Xidmətə qoşulan ticarət və ya xidmət şirkətinə proqram təminatının hazırlanması dəsti (SDK - software development kit) təqdim olunur və bu dəstdən istifadə edilərək öz mobil ödəmə proqramı yaradılır.
Visa Token E-Ticarət həllləri də təklif edir. Bu həllər ilə kart sahiblərinin onlayn ödəmələrini asanlaşdırmaq mümkündür. Məsələn, elektron ticarət saytınızda müştəriləri alış-veriş səbətindən prosesi tez başa çatdırmalarını istiqamətləndirə bilərsiniz.
Visa Checkout isə kart sahiblərinin üçün onlayn mühitdə ödəniş aparmağı asanlaşdırır. İstehlakçılar, sayta hər daxil olduqda kart və təhvil məlumatlarını yenidən yazmaq məcburiyyətində qalmırlar, bir dəfə hesab yaradılır və hər dəfə sürətli ödəmə aparılır.
Visa Token NFC texnologiyası və Visa contactless ilə təmassız ödəmə həlləri də təqdim edir.
Visa contactless - Kartınızı uzaqdan göstərərək etibarlı, təmassız mobil ödəmə
QR kod - Mobil cihaz ekranından bir QR kodu skan edərək aparılan ödəmə
BLE- Bluetooth® Low Energy (BLE) - mağaza daxilində hər hansı bir nöqtədə ödəmə etməyinizi təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
1 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















