Azərbaycanda 14 bank kapitalından "yeyib"
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün balans kapitalı nizamnamə kapitalından azdır.
Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər".
Kapitalı ən çox azalmış bank "Nikoyl Bank" ASC (azalma 278 milyon 893 min manat), kapitalı ən az azalmış bank isə "Günay Bank" ASC ( azalma 1 milyon 933 min manat) olub.
16 bank isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (artım 228 milyon 646 min manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında ( artım 468 min manat) qeydə alınıb.
Hesabat tarixinə bank sektorunun balans kapitalı isə nizamnamə kapitalından 187 milyon 141 min manat az olub.
№ | Bankın adı | Bankın balans kapitalı ilə nizamnamə kapitalı arasında fərq (milyon manatla) |
1 | Azərbaycan Beynəlxalq Bankı | 228,646 |
2 | Kapital Bank | 138,042 |
3 | PAŞA Bank | 92,806 |
4 | Azərbaycan Sənaye Bankı | 37,239 |
5 | Xalq Bank | 34,468 |
6 | Yapı Kredi Bank Azərbaycan | 25,249 |
7 | Atabank | 22,629 |
8 | Premium Bank | 20,560 |
9 | Zıraat Bank Azərbaycan | 19,432 |
10 | Bank of Baku | 18,865 |
11 | Bank Avrasiya | 16,736 |
12 | Naxçıvan Bank | 12,570 |
13 | AFB Bank | 5,566 |
14 | Turan Bank | 4,272 |
15 | Azər-Türk Bank | 4,101 |
16 | Pakistan Milli Bankı - Bakı | 0,468 |
17 | Günay Bank | -1,933 |
18 | Bank Respublika | -3,315 |
19 | NBC Bank | -5,668 |
20 | Rabitəbank | -6,773 |
21 | Unibank | -7,222 |
22 | Bank BTB | -9,941 |
23 | Express Bank | -14,529 |
24 | İran Milli Bankı - Bakı | -19,980 |
25 | Muğan Bank | -25,099 |
26 | Amrah Bank | -25,372 |
27 | AGBank | -52,548 |
28 | Access Bank | -162,075 |
29 | Bank VTB Azərbaycan | -255,442 |
30 | Nikoyl Bank | -278,893 |
| Cəmi | -187,141 |
Bankların kapitalının artma/azalma dinamikasına görə renkinqi isə aşağıdakı kimidir. Göründüyü kimi burada ardıcıllıq yuxarıdakı cədvəldən bir qədər fərqlidir. Kapitalı ən yumşaq artmış və azalmış banklar 1-ci cədvəldəki kimi Pakistan bankı və "Günay Bank" olsa da, kapitalı ən kəskin artmış və azalmış "Azərbaycan Sənaye Bankı" və "Bank VTB Azərbaycan" ASC-lərdir ("Azərbaycan Beynəlxalq Bankı" və "Nikoyl Bank" deyil).
№ | Bankın adı | Bankın kapitalının artma / azalma dinamikası |
1 | Azərbaycan Sənaye Bankı | 62,1% |
2 | Kapital Bank | 61,1% |
3 | Yapı Kredi Bank Azərbaycan | 45,6% |
4 | Zıraat Bank Azərbaycan | 38,9% |
5 | Bank of Baku | 35,7% |
6 | Bank Avrasiya | 33,5% |
7 | PAŞA Bank | 27,9% |
8 | Premium Bank | 19,7% |
9 | Atabank | 18,9% |
10 | Naxçıvan Bank | 18,5% |
11 | Azərbaycan Beynəlxalq Bankı | 18,4% |
12 | Xalq Bank | 9,4% |
13 | Azər-Türk Bank | 8,2% |
14 | AFB Bank | 7,9% |
15 | Turan Bank | 6,6% |
16 | Pakistan Milli Bankı - Bakı | 5,0% |
17 | Günay Bank | -3,0% |
18 | Bank Respublika | -4,5% |
19 | Unibank | -5,7% |
20 | Rabitəbank | -6,7% |
21 | NBC Bank | -8,9% |
22 | Express Bank | -10,6% |
23 | Bank BTB | -15,0% |
24 | Muğan Bank | -26,4% |
25 | İran Milli Bankı - Bakı | -27,1% |
26 | AGBank | -50,6% |
27 | Access Bank | -62,6% |
28 | Amrah Bank | -63,7% |
29 | Nikoyl Bank | -80,1% |
30 | Bank VTB Azərbaycan | -80,9% |
| Orta hesabla | -3,9% |
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
1 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















