Çıxarışın hazırdır: bunu internet və telefonla öyrən
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə təqdim olunan virtual xidmətlər istifadəçilərin işini daha rahat edir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədin hansı icra vəziyyətində olduğunu, hazır olacağı tarixi, xidmət haqqını vaxt itirmədən, sadəcə müraciət nömrəsini daxil etməklə öyrənmək mümkündür. Vətəndaşların bu istiqamətdə dəqiq və operativ informasiya ilə təminatı elektron xidmətlərlə yanaşı, SMS məlumatlandırma ilə də aparılır.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət etmiş vətəndaş sənədinin icra vəziyyəti və ya hazırolma tarixi ilə bağlı məlumatı öyrənmək üçün komitənin “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi” adlı elektron xidmətindən istifadə edə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az) xidmət siyahısından 11-ci bölməyə daxil olmaq kifayətdir. Açılan xidmət pəncərəsindəki xanaya müraciət zamanı istifadəçiyə təqdim olunmuş bildirişdə qeyd olunan ərizə nömrəsini daxil etdikdən sonra sənədin icra vəziyyəti barədə məlumat ekranda görünür. Qeyd edək ki, müvafiq məlumat SMS bildiriş formasında da vətəndaşın telefonuna ötürülür. Bunun üçün istifadəçi müraciət nömrəsini 9193 SMS nömrəsinə göndərməklə müraciətin icra vəziyyəti barədə məlumatı dərhal əldə edə bilər.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə tələb olunan xidmət haqqı icra prosesində müəyyən olunur. Vətəndaş bu barədə məlumatı xidmət yerinə gəlmədən öyrənməklə hazır sənədlə bağlı ödənişi yerinə yetirə bilər. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az) siyahı üzrə 10-cu bölmədə “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” xidməti ilə sənədin icrası ilə bağlı dəqiq xidmət haqqını öyrənmək olar. Eyni zamanda vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləği ilə tanış ola bilər.
Komitə xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron xidmət vasitəsilə onlayn formada təklif edir. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (www.e-emdk.gov.az) 5-ci bölmədəki “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” adlı elektron xidmətə daxil ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















