Neftdə dron hücumundan sonra rekord bahalaşma
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına aid neft obyektlərini vuranları bildiklərini və "ehtimal bir hücuma hazır olduqları" mesajını verib. Mesajın ardından Brent neftinin qiyməti 60 dollardan 71 dollara qalxıb.
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına aid neft obyektlərinin vurulmasına dair açıqlama verib.
"Marja" xəbər verir ki, Tramp açıqlamasında, "Səudiyyə Ərəbistanının neft sahəsi hücuma məruz qaldı. Cinayətkarı bilirik. Biz hədəfi nişan almışıq və silahlarımız doludur. Amma bu hücum edənin kim olduğunu Krallıqdan (Səudiyyə Ərəbistanı) eşitməyi gözləyirik", -ifadələrini istifadə edib.
Tramp, Ər-Riyaddan gələcək cavaba görə hansı şəraitdə hərəkətə keçəcəklərini müəyyən edəcəklərini bildirib.
Gərginlik ilə əlaqədar olaraq neft qiymətləri kəskin yüksəlib. Brent neftinin qiyməti 10 faiz qalxaraq 66,22 dollara çatıb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
Bu gün bazarlar açılan zaman Brent neftinin qiyməti 71,95 dolları, ABŞ xam neftinin qiyməti isə 64,41 dolları görüb.
"BAZALARDAKI NEFT EHTİYATLARI İSTİFADƏ EDİLƏCƏK"
Tramp bundan başqa, sözügedən müəssisələrə edilən hücumun ardından ABŞ-da neft bazarında hər hansı bir dalğalanma olmaması üçün bazalardakı ehtiyatların "ehtiyaca görə" istifadəsinə razılıq verdiyini də bildirib.
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus 2 obyektə şənbə günü yerli vaxtla saat 04.00-də insansız hava vasitəsilə (silahlı dron) hücum edilməsi nəticəsində yanğın baş verib.
Husilər etdikləri yazılı açıqlamada, hücumu 10 dron ilə özlərinin hazırladıqlarını bildiriblər.
Yəməndəki İranın dəstəklədiyi Husilər, son zamanlar dronlar ilə Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf alırlar.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında qarşıdurmalar baş verir.
Saudi Arabia oil supply was attacked. There is reason to believe that we know the culprit, are locked and loaded depending on verification, but are waiting to hear from the Kingdom as to who they believe was the cause of this attack, and under what terms we would proceed!
— Donald J. Trump (@realDonaldTrump) September 15, 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
59 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI



















