Qlobal bazarlar səbirsizliklə bu qərarı gözləyir
ABŞ mərkəzi bankı Fed-in, bu gün sona çatacaq iclasında qlobal zəiflik, ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsi və Səudiyyə Ərəbistanında neft obyektlərinə qarşı hücum kimi geosiyasi risklər şəraitində iqtisadi inkişafın davamını təmin etmək üçün bu il ikinci dəfə faiz endiriminə gedəcəyi gözlənilir.
"Marja" nın məlumatına görə, Fed İyul ayında faiz aralığını 10 ildən çox fasilədən sonra 25 bənd aşağı salaraq 2% - 2.25%-ə endirmişdi. Həmçinin ABŞ mərkəzi bankı, bu il əlavə üç faiz endirimi edəcəyinə dair gözləntiləri də gücləndirmişdi.
Ancaq daha sonra iqtisadçıların böyük qismi əlavə faiz endirimləri üçün gözləntilərini azaltmış, bir və ya iki əlavə faiz endirimi ola biləcəyi proqnozunu vermişdilər. Ticarət danışıqlarının yenidən başlaması və Vaşinqton ilə Pekin arasında tonun yumşalması bu fikri gücləndirib.
Eyni zamanda, neft qiymətlərinin yüksək qalacağı düşünülməsi və inflyasiyanın nəhayət Fed-in hədəf səviyyəsi olan 2%-ə çatacağı və ABŞ iqtisadiyyatının güclü olacağı gözləntisi də faiz endirimlərinə dair gözləntilərin azalmasına səbəb olur.
HƏMÇİNİN OXU: Bu gün Fed faiz qərarını açıqlayacaq - ƏGƏR FED....
Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. Saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






