Ərəbistanın Yəməndə atəşkəsi qəbul etməsindən sonra neft ucuzlaşır
Səudiyyə Ərəbistanı Yəməndə qismi atəşkəsi qəbul edib. Bu, Orta Şərqdə gərginliyin azalacağına dair ümidləri artırıb və nəticədə neft qiymətləri düşür.
"Marja" xəbər verir ki, Nyu-Yorkda neft fyuçersləri 2.9 faiz düşərək Səudiyyə Ərəbistanının neft sahələrinə ayın əvvəlində təşkil edilən dron hücumlarından bu yana etdiyi artımların hamısı silinib.
Yəmənli bir hökumət rəsmisi tərəfindən verilən açıqlamaya görə, Səudiyyə Ərəbistan, İranın dəstəklədiyi Husi güclərinin nəzarətindəki paytaxt Sanaa da daxil olmaqla Yəmənin bəzi bölgələrində məhdud atəşkəsi qəbul edib.
Səudiyyə Ərəbistanının enerji infrastrukturuna qarşı 14 Sentyabrdakı dron hücumlarının ardından neft qiymətləri kəskin yüksəlmişdi. Sonradan Səudiyyə Ərəbistanı neft hasilatını bərpa etdikcə neft qiymətləri düşürdü.
Almaniyanın emal sektorunda dərinləşən azalma, Çində zəif iqtisadiyyata dair daha çox siqnal və ABŞ-da artan xam neft ehtiyatları da qiymətlərin düşməsinə təsir göstərir.
WTI neftinin qiyməti 55.56 dollara, Brent neftinin qiyməti 61.51 dollara geriləyib. Brent neftinin qiyməti 60,84 dolları da görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




