"İran ilə müharibə neft qiymətlərini xəyal belə edilməyəcək səviyyələrə yüksəldər"
Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, dünyanın İranı nəzarət altında saxlamağa yönəlmiş addımlar atmaması halında neft qiymətlərinin xəyal belə edilməyəcək həddə yüksələcəyini söyləyib.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İran arasında gələcək mümkün müharibənin qlobal iqtisadiyyatı darmadağın edəcəyini qeyd edən Şahzadə Məhəmməd, iki həftə əvvəl Səudiyyə Ərəbistanının neft müəssisələrinə təşkil edilən hücumlar görə də Tehran rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.
ABŞ və İngiltərə də Səudiyyə Ərəbistanına təşkil edilən hücumlara görə İranı günahlandırmış, Tehran isə iddiaları rədd etmişdi.
Məhəmməd bin Salman, "Əgər dünya İrana mane olmaq üçün güclü və qətiyyətli addımlar atmasa qlobal maraqları təhdid edən yeni hadisələr görəcəyik. Neft təminatı iflasa uğrayar, qiymətlər görünməmiş səviyyələrə qalxar" deyib.
Orta Şərqin qlobal neft təklifinin 30%-ni təmin etdiyini vurğulayan Vəliəhd Şahzadə Məhəmməd, "Qlobal ticarətin 20 faizi bu regiondan keçir. Qlobal iqtisadiyyatın 4%-də Orta Şərqdə formalaşır" deyib.
Vəliəhd Şahzadə, "Bütün bunların dayanma nöqtəsinə gəldiyini düşünün. Bu qlobal iqtisadiyyatın yerlə bir olması mənasına gəlir. Təsiri, sadəcə, Səudiyyə Ərəbistan, ya da Orta Şərq ölkələri ilə məhdud qalmayacaq" xəbərdarlıq etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























