"Azərbaycanda saxta nağd pulların həcmi o qədər də çox deyil"
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurumun saxta əsginaslarla bağlı kommersiya banklarına etdiyi xəbərdarlığı şərh edib.
Baş bankir deyib:
"Saxta əsginaslarla mübarizə bizim işimizin daimi istiqamətlərindən biridir. Təbii ki, banklar diqqətli olmalıdır. Baxmayaraq ki, Azərbaycanda saxta nağd pulların həcmi o qədər də çox deyil, bu məsələ ilə bağlı hər hansı əlahiddə vəziyyət yoxdur. Bizdə aşkar edilmiş saxta nağd pulların xüsusi çəkisi digər ölkələrdən qat-qat aşağı olsa da, biz daim Daxili İşlər Nazirliyi (DİN) və digər hüquq-mühafizə orqanları ilə çox ciddi işləyirik. Koordinasiyalı iş qururuq. Daim bu məsələ diqqət mərkəzində saxlanılır”,- deyə AMB-nin sədri əlavə edib.
Xatırladaq ki, ötən həftə AMB ölkədə olan kommersiya banklarına saxta əsginaslarla bağlı xəbərdarlıq məktubu göndərib. Məktub dövriyyədə saxta pul əsginasların olması ilə bağlı AMB-yə daxil olan şikayətlər əsasında yazılıb.
Məktubda deyilir ki, Mərkəzi Bank bununla bağlı monitorinqlər aparıb və həmin əsginasları kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginasları ATM-lərə daxil etməmək tapşırılır.
Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginasları aparıb Mərkəzi Banka təhvil versinlər.
Qeyd edək ki, bu məktub ölkədəki bütün kommersiya banklarına ünvanlanıb.
Xatırladaq ki, Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:
I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub.
Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.
Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.
Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.
Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.
Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.
III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.
100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









