Sinqapur ABŞ-ı keçib
Dünya İqtisadi Forumunun (WEF) Qlobal Rəqabətlilik Hesabatına görə, bu il dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətə davamlı iqtisadiyyatının Sinqapur olduğu müəyyənləşdirilib.
"Marja" xəbər verir ki, WEF-in 141 ölkənin rəqəmsal bacarıqlar və iş görmək asanlığı kimi 103 əsas göstəricisinin ölçüldüyü "Qlobal Rəqabətlilik Hesabatı 2019"u açıqlanıb. Hesabata görə, dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətə davamlı iqtisadiyyatı 84,8 xalla Sinqapurdur. Sinqapurun dövlət sektorunun, işçi qüvvəsinin və infrastrukturunun rəqabət hesabatında yüksək xallar alması diqqəti çəkir.
Qlobal rəqabətlilik reytinqində ABŞ birinciliyi itirərək 83,7 xalla ikinci, Honq Konq 83,1 xalla üçüncü və Hollandiya 82,4 xalla dördüncü yeri tutub.
İsveçrə qlobal rəqabət reytinqində bu il 1 yer düşərək 82,3 xalla müvafiq olaraq 5-inci yerə geriləyib, Yaponiya 1 sıra geriləyərək 82,3 xalla 6-ncı sırada yer alıb.
Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya 4 pillə geriləyərək 81,8 xalla 7-inci yerə düşüb. İsveç bir pillə yüksələrək 81,2 xalla 8-inci, İngiltərə bir pillə geriləyərək 81,2 xalla 9-uncu yeri tutub. Danimarka isə 81,2 xalla 10-uncu sıradakı yerini qoruyub.
Danimarkanın ardınca, Finlandiya, Tayvan, Cənubi Koreya, Kanada, Fransa, Avstraliya, Norveç, Lüksemburq, Yeni Zelandiya və İsrail gəlir.
Azərbaycan siyahıda 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























