"Zəlzələdən zərər görməyən evlərin bərpası ilə bağlı müraciətlər olur"
"İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələ bölgəsində müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşılır".
Bunu İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantıda fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
"Belə ki, zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Qeyd edilib ki, nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk aylarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olub. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilib. Müraciətlər çox vaxt zəlzələ ilə əlaqəsi olmayan, baxımsızlıq səbəbindən fiziki köhnəlmiş, habelə bəzi vətəndaşların özləri tərəfindən sonradan müdaxilə edilmiş evlərin, yardımçı tikililər və hasarların, yay aylarında mövsümi istifadə üçün nəzərdə tutulan tikililərin bərpası ilə bağlı olur. Buna baxmayaraq, həmin insanlar təkrar baxış üçün müraciət etməkdə davam edirlər. Belə ki, 25 sentyabr 2019-cu il tarixinə qədər zəlzələ bölgəsindən nazirliyə daxil olmuş 6 minə yaxın vətəndaş müraciətinin 2511-i təkrar müraciətdir. Həmçinin, 268 vətəndaşdan 4 və daha artıq müraciət daxil olub. Odur ki, ilkin baxış komissiyalarının fəaliyyəti artıq dayandırılıb və nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb. Bundan sonra işlər yalnız bu vaxta qədər tərtib edilmiş aktlar əsasında formalaşdırılmış siyahılar üzrə aparılacaq və evlərin müayinəsi üçün müraciətlərə baxılmayacaq", - nazir deyib.
Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb.
Qeyd olunub ki, 30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
1 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















