Qızıla investisiya qoyuluşunda yeni rekord
Dünya üzrə investisiya fondlarında saxlanılan qızılın miqdarı sentyabrda 2 min 808 tona çataraq bütün zamanların ən yüksək səviyyətinə çatıb (yeni rekord).
Qlobal iqtisadiyyatın pisləməsi, mərkəzi bankların faiz endirmələri və ticarət müharibələrinin yaratdığı qeyri-müəyyənliklər ilə əlaqədar olaraq "etibarlı liman" kimi qəbul edilən qızıla tələbat artırmaqda davam edir.
"Marja" xəbər verir ki, Dünya Qızıl Şurasının dərc etdiyi hesabata görə, sentyabrda qlobal qızıl fondlarına təxminən 3,9 milyard dollarlıq pul axını baş verib. Fondların saxladıqları qızılın miqdarı sentyabrda əvvəlki aya nisbətən 75,2 ton artıb. Beləliklə, fondların portfelindəki qızılın miqdarı son 4 ayda fasiləsiz artaraq ilin əvvəlindən bu yana 13,4 faiz yüksəlib.
Qlobal fondların portfelindəki qızılın miqdarı sentyabrda 2 min 808 tona çatıb və 2012-ci ildəki 2 min 791 tonluq rekordu aşaraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
Hesabata görə, sentyabrda ən çox qızılı 62 ton olmaqla Şimali Amerika fondları alıblar. Bu fondlara təxminən 3,1 milyard dollar səviyyəsində valyuta girişi olub.
Sentyabrda Avropa fondları isə 7,7 ton qızıl alıb. Bu alşın böyük hissəsi 31 Oktyabrdakı Brexit qərarını gözləyən britaniyalı investorların payına düşüb. Avropa fondlarının ardınca 3,9 tonla Asiya və 1,7 tonla digər bölgələrin fondları gəlir.
Bu ilin 9 aylıq dövründə fondların qızılın miqdarı 368 ton artıb, bu fondlara pul axını 17,9 milyard dollar olub.
Bu ilin yanvar-sentyabr dövründə Şimali Amerika fondları 214,3 ton, Avropa fondları 146,4 ton və Asiya fondları 5 ton alış ediblər.
9 ayda ABŞ fondları 1 min 381,5 ton qızıl alıblar. ABŞ, fondlarında ən çox qızılı olan ölkə olub. ABŞ-ın qızıl fondlarına ilin əvvəlindən bu yana həyata keçirilən pul axını isə 10,5 milyard dollar təşkil edib.
Qızıl alışının artmasının səbəbləri:
1. ABŞ Mərkəzi Bankı (Fed) daxil böyük iqtisadiyyatlarda mərkəzi bankların faiz endirmələri
2.Bir sıra region və ölkədə mənfi faizlərin mövcud olması
3. ABŞ-Çin ticarət müharibəsinin qlobal iqtisadi artımı azaltması və böhran riski yaratması
4. ABŞ Prezidenti Donald Trampın impiçmentinin (vəzifədən uzaqlaşdırılmasının) gündəmə gətirilməsi
5. Brexit (İngiltərənin Avropa Birliyindən çıxması) üzrə qeyri-meəyyənliklər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























