Azərbaycan şirkətləri ixraca dair 40-a yaxın sənəd imzalayıb
Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda İşgüzar Görüş keçirilib. Tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, şərabçılıq, tütünçülük, heyvandarlıq, yun istehsalı, istixana təsərrüfatı, avtomobil istehsalı sahələrində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib. Belarus tərəfi tədbirdə analoji sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə təmsil olunub.
İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, işgüzar görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları, iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, Azərbaycan və Belarus iş adamları müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.
Tədbir çərçivəsində Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və s. Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)


