“AtaBank”ın vəziyyəti məlum oldu
137 milyon 466 min manat məcmu kapitalı olan "AtaBank" gəlirini artıra bilmir. Bankın sahibi yaranmış vəziyyətdən narahatdır.
“AtaBank”ın gəlirləri xərclərini ödəmir. Bankın əməliyyat zərəri 3,2 dəfə artıb. Ötən ilin 9 ayında 1 milyon 545 min manat təşkil etmiş əməliyyat zərəri 2019-cu ilin 9 ayında 4 milyon 969 min manat təşkil edib. Zərərin artması müştərilərə verilən kreditlərin azalması fonunda Bankın gəlirlərinin də azalması ilə bağlıdır.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “AtaBank”ın cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 340 min manat, cəmi xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 33 milyon 309 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 4 milyon 969 min manat əməliyyat zərəri yaranıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-sentyabr dövründə “Ata Bank”ın cəmi gəlirləri 35 milyon 333 min manat, cəmi xərcləri 36 milyon 878 min manat təşkil etmiş və nəticədə Bankın 1 milyon 545 min manat əməliyyat zərəri yaranmışdı.
“AtaBank”ın gəlirləri xərclərindən daha çox azalıb.
“AtaBank” ASC 2019-cu ilin 9 ayını cəmi 22 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət əvvəlki dövrlərdə ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatdan qaynaqlanır. Ehtiyatdan 4 milyon 991 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də cüzi xalis mənfəət qalıb.
Bank ötən ilin 9 ayının yekunları üzrə 86 min manat xalis mənfəət açıqlamışdı. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 1 milyon 631 min manatının azad olması həm bankın əməliyyat zərərini bağlamış, həm də 86 min manat xalis mənfəəti təmin etmişdi.
Ötən ilin 9 ayında “AtaBank”ın faiz gəlirləri 31 milyon 274 min manat ikən, bu ilin 9 ayında 24 milyon 856 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 4 milyon 59 min manatdan 3 milyon 485 min manata düşüb.
BANK KİÇİLİB, KREDİTLƏR AZALIB
30 Sentyabr 2019-cu il tarixində “AtaBank” 532 milyon 74 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 31 Dekabr 2018-ci il tarixində "AtaBank" 581 milyon 110 min manat cəmi aktivlərə malik idi və aktivlərin 428 milyon 565 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, 9 ay ərzində Bankın aktivləri 49 milyon 36 min manat, kredit portfeli isə 53 milyon 853 min manat azalıb.
30 Sentyabr 2019-cu il tarixində "AtaBank" 137 milyon 466 min manat məcmu kapitala malik olub. "AtaBank" böyük məbləğdə kapitala malik olan banklardan biridir.
Son aylar “AtaBank” rəhbərliyində dəyişikliklərin edilməsi ilə gündəmdədir. Bankın sahibi qurumun gəlirlə işləməsi üçün hərəkətə keçib. 137 milyon manatdan çox kapitalı olan bankın 22 min manat xalis mənfəət əldə etməsi sahibkarı narahat etməyə bilməz.
25 İyul 2019-cu il tarixində “AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib.
Sonuncu dəfə Ağakərim Məlikaslanov “AtaBank”ın İdarə Heyətinin sədrinə müavin təyin edilib.
Xatırladaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə,14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
-
17 d. əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
35 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Expressbankın depozit portfeli böyüyüb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Ən çox oxunanlar
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!






















