"İqtisadiyyat kiçilsə bankların yarısından çoxu həyatda qala bilməyəcək"
Məsləhət şirkəti "Mckinsey & Co." tərəfindən keçirilmiş bir sorğunun nəticələrinə görə, dünyadakı bütün banklarının yarısından çoxu iqtisadiyyatın kiçilməsi vəziyyətində həyatda qalmaq üçün çox zəifdirlər. Bir çox bankın gəlirlərinin xərclərinə kifayət etməməyə başladığı qeyd edilib.
"Marja" xəbər verir ki, "McKinsey" tərəfindən dərc olunan sektor qiymətləndirməsinə görə, bütün dünyadakı bankların əksəriyyəti, kapital gəlirliliklərinin xərclər ilə ayaqlaşa bilməməsi səbəbindən fəaliyyətlərini davam etdirmək çətinliyi çəkəcəklər. Bu vəziyyət bankları, potensial bir ləngimə ərəfəsində texnologiya inkişaf etdirmək, fəaliyyətlərini həvalə etmək və birləşmələr yolu ilə böyüməyə vadar edir.
"İqtisadi tsikliin sonunda olduğumuza və bankların çox yaxşı vəziyyətdə olmadıqlarına görə cəsarətli addımlar atması lazım olduğuna inanırıq. Tsikliin son mərhələsində heç kim eyforiyaya qapılmağı gözə ala bilməz",- "McKinsey"in şərhində deyilir.
Qlobal maliyyə böhranından bu yana keçən on ildə maliyyə xidmətləri sektoru bir sıra innovasiya yaşayıb. Sektora "fintech" startaplardan "Apple Inc." və "Google" kimi nəhənglərə qədər bir çox yeni oyunçu daxil olub.
"McKinsey"i əldə etdiyi məlumatlara görə, banklar informasiya texnologiyası büdcələrinin 35%-ini innovasiyaya ayırarkən, "fintech" şirkətləri 70%-indən çoxunu ayırır.
Hesabatda ABŞ-da "Amazon.com Inc." və Çində "Ping An" nümunəsi verilərək texnologiya şirkətlərinin maliyyə xidmətləri müştərilərini ələ keçirdiyi və bundan başqa, yeni oyunçuların kredit kartları kimi bankların ən çox gəlir əldə etdiyi sahələrə yönəldiyi qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























