ABŞ-da xam neft ehtiyatlarının artması qiymətlərin yüksəlməsinin qarşısını alır
ABŞ-da xam neft ehtiyatlarının ardıcıl 6 həftə artması ilə əlaqədar olaraq neft qiymətləri yüksələ bilmir.
"Marja" xəbər verir ki, özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 4.45 milyon barel artıb. Rəsmi göstəricilər isə Çərşənbə günü açıqlanacaq.
Qlobal neft təklifinin artdığı bir şəraitdə ABŞ-Çin ticarət müharibəsin də tələbə mənfi təsir edir. Qlobal iqtisadiyyatın yavaşlaması ilə neftə tələb azalır. Neft qiymətləri, OPEC və tərəfdaşlarının Aprel ayındakı toplantısından bəri təxminən 18 faiz düşüb. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları tələbə görə narahatdırlar və Dekabr toplantısında hasilatın daha da azaldılmasını müzakirə edəcəklər.
Analitiklər bildirirlər ki, əgər ABŞ-ın rəsmi neft ehtiyatları göstəriciləri də API-nin məlumatlarına paralel çıxarsa, xam neft bazarında olduqca sərt bir reaksiya ilə satış başlaya bilər (neft qiymətləri daha da düşər).
Bakı vaxtı ilə saat 11:10-a olan məlumata görə, Qərbi Texas neftinin (WTI) barelinin qiyməti 40 sent düşərək 54.08 dollara, Brent neftinin qiyməti isə 30 sent düşərək 59.40 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























