Manatın məzənnəsinin sabit qalması yeni problem yaradıb
Valyuta bazarında təklif tələbi 1 milyard manata yaxın üstələyir. Mərkəzi Bank bu il valyuta bazarından 391 milyon dollar valyuta alsa da, Sədr Elman Rüstəmov əlavə alışları doğru variant hesab etmir.
Azərbaycan Mərkəzi Bankının Dollar/Manat məzənnəsinin dəyişməsinə imkan verməməsi valyuta bazarında satılmayan Dollar vəsaitinin artmasına səbəb olur. Verilən məlumata görə, hazırda təklif tələbi üstələyir, əgər Mərkəzi Bank məzənnənin dəyişməsinə icazə versə Manat Dollar qarşısında xeyli möhkəmlənər.
“Marja”nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, builki neft qiymətləri profisitli ticarət balansını dəstəkləyir. Yəni, əsasən neftin yüksək qiymətləri hesabına ixracın artması ölkəyə daha çox valyutanın daxil olması ilə nəticələnir:
“Valyuta bazarında təklifin tələbi üstələməsi valyuta ehtiyatlarının artması üçün şərait yaradıb. İlin ötən dövrü üzrə valyuta bazarında təxminən 940 milyon dollar məbləğində profisit yaranıb. O cümlədən, Dövlət Neft Fondunun sata bilmədiyi 548 milyon dollar vəsaiti var. Mərkəzi Bank valyuta bazarından 391 milyon dollar valyuta alıb”.
Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bank valyuta bazarındakı bütün profisiti ala bilməz. Valyutanın alınması dövriyyəyə əlavə Manat kütləsinin verilməsi deməkdir:
“Mərkəzi Bankın valyuta bazarındakı bütün profisiti alması arzuolunan variant deyil, əlavə pul emissiyasına gətirib çıxardır. Bu isə pul kütləsinin idarə edilməsində əlavə problemlər yarada bilər”.
Elman Rüstəmov bildirib ki, bu gün valyuta bazarında satılmayan valyutanın dərdini çəkirlər:
“Bu gün bizim böyük qayğımız, bu vəsaitləri ilin sonunadək necə sataq ki, dövlət büdcəsi öz öhdəliklərini yerinə yetirə bilsin”.
Qeyd edək ki, Dövlət Neft Fondu valyuta vəsaitlərini sataraq dövlət büdcəsinə transfer edir.
Baş bankir deyib ki, Mantın həm bahalaşması, həm də ucuzlaşması zərərlidir. Ölkədə aşağı inflyasiyanın başlıca səbəbi Dollar/Manat məzənnəsinin sabit qalmasıdır. Dolların bahalaşması bazarda məhsulların bahalşaması ilə nəticələnir, buna görə məzənnənin sabit saxlanılması məqsədəuğundur:
“Açıq demək lazımdır, biz sabit məzənnə rejimində qalmağa məcburuq. Bu gün Azərbaycandakı aşağı inflyasiyanın başlıca səbəbi məzənnənin sabit qalmasıdır.
Manatın revalvasiyası (bahalaşması) da milli iqtisadiyyatımız üçün zərərli ola bilər. İqtisadi siyasətin ən başlıca məqsədləri qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracın şaxələndirilməsidir. Bahalı manat bu prosesin qarşısında maneələr yarada bilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)








