Dünyada neftin 10%-ni istehsal edən şirkətin bir hissəsi investorlara satılacaq
Səudiyyə Ərəbistanı Sərmayə Bazarı Palatası, milli neft şirkəti "Saudi Aramco"nun, səhmlərinin bir hissəsinin ilkin kütləvi təklifi (İPO) üçün müraciətini təsdiqləyib. Səhmlərin dekabr ayından etibarən ticarət olunması gözlənilir.
"Marja" xəbər verir ki, Palatadan verilən yazılı açıqlamada, səhmlərin ilkin kütləvi təklifi müraciətinin qəbul edildiyi; sərmayə qoymaq istəyənlər üçün şirkətin maliyyə göstəriciləri, fəaliyyətləri və rəhbərliyi haqqında əhatəli məlumatların yer alacağı hesabatların ilkin kütləvi satışdan öncə açıqlanacağı qeyd edilib.
Açıqlamada ilkin kütləvi təklifin nə vaxt başlayacağına dair məlumat verilməyib.
"Saudi Aramco" yaydığı açıqlamada, beynəlxalq və ölkədaxili tələbi ölçmək üçün investorlar ilə görüşlərə 9 Noyabrda başlanacağı bildirilib. Şirkətin rəhbəri Yasir əl Rumayyan verdiyi açıqlamada, "Aramco"nun ilkin kütləvi təklifinə qlobal qurumlardan güclü tələb gözlədiklərini vurğulayıb.
Vəliəhd Şahzadə Məhəmməd bin Salman, "Vizion 2030"un ən mühüm tədbirlərindən birini, "Aramco"nun səhmlərinin bir hissəsinin investorlara satışı və buradan əldə ediləcək gəlir ilə digər sektorlara sərmayə qoyulması olaraq açıqlamışdı.
Dünyada neftin 10%-ni istehsal edən Səudiyyə şirkəti keçən il 111.1 milyard dollar mənfəət əldə etmişdi. Bu, "Apple", "Google", "Exxon" şirkətlərinin cəmi mənfəətlərindən çox idi.
Səudiyyə Vəliəhd Şahzadəsinə görə, "Aramco"nun dəyəri 2 trilyon dollardır. Ancaq beynəlxalq məsləhətçilərə görə, sərmayəçilər bu qiymət səviyyəsindən alış etməyə bilərlər. Bankçılara görə, "Aramco"nun dəyəri 1,6-1,8 trilyon dollar aralığında formalaşacaq.
"Aramco" ilkin kütləvi təklivdə məsləhət xidmətləri almaq üçün JPMorgan Chase & Co., Morgan Stanley, Goldman Sachs Group Inc., Bank of Americ Merrill Lynch, Citigroup Inc., HSBC Holdings HSBC PLC və Credit Suisse Group AG-ni seçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



