Məhsulları Azərbaycanda da çox alınan şirkətin gəlirləri kəskin artıb
Türkiyənin "Ülker Bisküvi" (Ülkər Biskvit) şirkətinin satışları kəskin artıb.
"Marja" xəbər verir ki, "Ülker Bisküvi"nin satışdan cəmi gəlirləri 2019-un üçüncü rübündə (iyul-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% artımla 1,9 milyard Türk Lirəsi (561 milyon manat), 9 aylıq (yanvar-sentyabr) cəmi gəlirləri isə 5.7 milyard Türk Lirəsi (1 milyard 700 milyon manat) təşkil edib.
"Ülker Bisküvi"nin İctimaiyyəti Məlumatlandırma Platformasına göndərdiyi açıqlamaya görə, Türkiyədə satışlar 32%, ixrac isə 31,1% böyüyüb.
Şirkətin vergidən əvvəlki mənfəəti 2019-cu ili üçüncü rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 33,7% artımla 314,6 milyon TL (93 milyon manat) təşkil edib. İxracat və xaric əməliyyatların cəmi 9 aylıq mənfəətdə payı 46,8%-ə qalxıb.
Qeyd edək ki, "Ülker Bisküvi"nin məhsulları Azərbaycan bazarında da satılır və alıcılar bu məhsullara böyük üstünlük verirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





